7News.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdəki hərbi-sənaye obyektlərinə və Cənub (Yujnı) körpüsünə zərbə endirdiyini açıqlayıb. Bundan əlavə, Qara dənizdəki Çornomorsk limanına Ukrayna ordusu üçün təchizat daşıyan yük gəmisinin də hərəkətdə olarkən vurulduğu bildirilib.








