RU
Hindistanda bir fil öz baxıcısına hücum etdi
17:50
27

Hindistanda bir fil öz baxıcısına hücum etdi


7News.az xəbər verir ki, Hindistanda tamaşalarda istifadə olunan bir fil qəfildən idarəolunmaz hala gələrək, xortumu ilə baxıcısını havaya qaldırdı və onu dəfələrlə yerə çırpdı. Ağır xəsarət alan baxıcı təcili olaraq xəstəxanaya çatdırıldı. Kəndin bəzi hissələrini də dağıtmağa cəhd edən heyvan hadisə yerindən qaçdı. 15 saat davam edən əməliyyatdan sonra o, nəhayət, sakitləşdirici oxlardan istifadə edən qruplar tərəfindən zərərsizləşdirilərək ələ keçirildi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ