RU
8 aylıq körpəni küçəyə atıb və qaçdılar
15:11
552

8 aylıq körpəni küçəyə atıb və qaçdılar

Adanada 8 aylıq körpəni küçədə tərk edərək qaçıblar.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpənin ağlama səsini eşidən və onu ədyala bükülmüş şəkildə tapan vətəndaşlar polisə xəbər veriblər. 

Hadisə yerinə gələn polis sağlamlıq işçilərinə xəbər verib. Körpə xəstəxanaya aparılaraq həkim nəzarətindən keçib və heç bir sağlamlıq problemi olmadığı deyilən körpə uşaq evinə təhvil verilib.

Məhəllə sakinlərindən biri körpəni motosikletli iki şəxsin buraxdığını bildirib. Polis körpəni buraxan şəxslərin tapılması üçün araşdırma başladıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ