RU
“Ağ çiçəyim” gül mağazası yanır - YENİLƏNİR + FOTO/VİDEO
00:46
81

“Ağ çiçəyim” gül mağazası yanır - YENİLƏNİR + FOTO/VİDEO

"Bakıda "Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğın zamanı xəsarət alan olmayıb”.

Bu barədə məlumat sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu gün saat 23:36-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə çağırış daxil olub.

"Hadisənin miqyası nəzərə alınaraq, əraziyə altı təcili tibbi yardım briqadası cəlb edilib. Son məlumata görə, hadisə zamanı təcili tibbi yardıma xəsarət alan və zərərçəkənlərlə bağlı müraciət qeydə alınmayıb”, - deyə məlumatda qeyd olunub.

00:40

Bakıda "Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğının yayılmasının qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğınla mübarizə tədbirləri davam edir.

Qüvvələrin effektli tətbiqi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

00:15

Bakıda "Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir./oxu.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ