ABŞ administrasiyası Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqa can atır, lakin eyni zamanda Pxenyan tərəfindən həyata keçirilən raket buraxılışları fonunda regionda kifayət qədər hərbi potensialın təmin edilməsində qərarlıdır.
Bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.
O, gərginliyin azaldılması üçün tərəflər arasında mümkün məsləhətləşmələrə toxunaraq, bununla bağlı Şimali Koreya ilə birbaşa təmaslar olmadığını bildirib: "Biz açıq şəkildə bildirdik ki, biz Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində mütləq işləmək üçün ilkin şərt olmadan Şimali Koreya ilə dialoqa hələ də can atırıq. Onlar cavab vermədi və bu təklifdən yararlanmadılar. Lakin təklif qüvvədə qalır”.
C.Kirbi "son məqsəd”in KXDR ilə nüvəsizləşdirmə üzrə razılaşmalara nail olmaq adlandırıb./report
7NEWS.Az








