RU
Ağ Ev elan etdi: Bayden niyə oğlunu əfv etdi?
16:30
124

Ağ Ev elan etdi: Bayden niyə oğlunu əfv etdi?


7NEWS.az xəbər verir ki, Ağ Ev iddia edib ki, ABŞ prezidenti Co Bayden vergidən yayınmaqda və silah əldə etməkdə qanun pozuntularında ittiham olunan oğlu Hunter Baydeni "siyasi rəqiblərindən qorumaq" üçün əfv edib. Ağ Evdən verilən açıqlamada yeni seçilmiş prezident Donald Trampın qızının qayınatası Çarlz Kuşneri də əfv etdiyi xatırladılıb. Prezidentin oğlu Hunter Bayden qeyri-qanuni silah əldə etməkdə münsiflər heyəti tərəfindən təqsirli bilinib. ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin oğlu hakim qarşısına çıxdı və ona qarşı irəli sürülən ittihamlarla təqsirli bilindi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ