ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır.
7NEWS.Az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenskiyə zəng edərək şəxsən məlumat verib.
ABŞ-ın yeni hərbi yardım paketinə əlavə artilleriya, sahil müdafiə silahları, qabaqcıl raket sistemləri üçün sursat daxildir.
Bundan əlavə, Bayden 225 milyon dollarlıq humanitar yardım paketini açıqlayıb. Vəsaitlər ukraynalıları qida, mənzil və əsas ehtiyaclarla təmin etmək üçün istifadə olunacaq.
Xatırladaq ki, bu gün ABŞ-ın sədrliyi ilə Ukraynaya hərbi yardımla bağlı "Ramşteyn" formatında üçüncü görüş başlayıb.
---
Ağ Ev Ukraynaya təxminən 1 milyard dollarlıq yeni silah yardımı elan edəcək.
7NEWS.Az xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri qarşısında çıxış edəcək və Brüsseldə Reznikov Ukraynanın lazımi silahların alınması ilə bağlı təcili ehtiyaclarını səsləndirəcək.
Nazir, həmçinin Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun ("Ramşteyn-3” adlanan) iclasında iştirak edəcək.
7NEWS.Az







