Mayın 18-də paytaxtın Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 qeydiyyat nişanlı "Mersedes" markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.
Həmin avtomobil Mərkəzi Seçki Komissiyasına məxsusdur. Maraqlısı odur ki, MSK-ya məxsus avtomobilin üzərində sayrışan işıqlar da var. Bu işıqlar isə operativ nəqliyyat vasitələrinə məxsus olur.
7news.Az








