RU
Abituriyentlər üçün xəbərdarlıq...
12:28
372

Abituriyentlər üçün xəbərdarlıq...

Dövlət İmtahan Mərkəzi abituriyentlərə xəbərdarlıq edib. 

7news.Az DİM-in saytına istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

 

7news.Az


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ