RU
ABŞ-a üçüncü ŞOK: Çin və Türkiyədən sonra...
11:58
349

ABŞ-a üçüncü ŞOK: Çin və Türkiyədən sonra...

Hindistan ABŞ-ın sanksiyalarla bağlı təhdidlərinə baxmayaraq, "Triumf” S-400 Rusiya zenit-raket sistemlərini alır, çünki, Hyu-Dehli müstəqil siyasət aparır.

 7News.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Hindistan Quru Qoşunlarının qərargah müdiri Bipin Ravat bildirib.

O qeyd edib ki, Hindistan "S-400”-lərdən başqa, Rusiyadan "Kamova” helikopterləri və digər hərbi texnikanı almağa maraq göstərir.

 

Xatırladaq ki, oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi "S-400” zenit-raket komplekslərinin çatdırılmasına dair müqaviləni imzalayıb. Daha əvvəl – sentyabrın 27-də bildirilirdi ki, "Triumf” sistemləri beş il ərzində Hindistana çatdırılmalıdır. Müqavilənin dəyəri 5,43 milyard dollardır. Beləliklə, Hindistan Çin və Türkiyədən sonra "S-400” sistemlərini alan üçüncü ölkə oldu.

Qeyd edək ki, "ABŞ-ın düşmənlərinə sanksiyalar vasitəsilə təsir edilməsi” haqqında qanununa (CAATSA) əsasən, Rusiya silahlarının alıcılarına Vaşinqton birtərəfli sanksiyalar tətbiq edə bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ