RU
ABŞ Almaniyadan beş min hərbçisini çıxarır
13:30
26

ABŞ Almaniyadan beş min hərbçisini çıxarır

Amerika Birləşmiş Ştatları Almaniyadakı hərbi kontingentinin təxminən beş min nəfərlik hissəsini geri çəkəcək.

Bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, qərar qurumun Avropadakı qüvvələrinin dislokasiyasının ətraflı şəkildə yenidən yoxlanılması, eləcə də yerlərdəki mövcud vəziyyət nəzərə alınmaqla qəbul edilib. Qoşunların çıxarılması prosesinin altı aydan bir ilədək davam edəcəyi proqnozlaşdırılır.

ABŞ Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmiləri bu addımı ABŞ Prezidenti Donald Trampın İranla müharibədə Avropa müttəfiqlərinin Vaşinqtona göstərdiyi yardımın səviyyəsindən narazılığının göstəricisi kimi qiymətləndiriblər.

Nəşrin Pentaqona istinadən verdiyi məlumata görə, 2025-ci ilin dekabr ayına olan göstəricilərə əsasən, Almaniyadakı hərbi bazalarda 36 mindən çox amerikalı hərbçi yerləşdirilib. Bundan əlavə, Almaniya ərazisində 1.5 minə yaxın ehtiyatda olan hərbçi və 11.5 min mülki işçi fəaliyyət göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ