Pakistanda avtomobil məscidə çırpılıb: Ölən və yaralananlar var
7News.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərində idarəetmədən çıxan avtomobil məscidə çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.