RU
Çində zəlzələ nəticəsində ölən və yaralananlar sayı açıqlandı
10:30
78

Çində zəlzələ nəticəsində ölən və yaralananlar sayı açıqlandı

Çinin Tibet bölgəsində verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib. Onlardan 11-nin vəziyyəti ağırdır.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bundan əvvəl oktyabrın 22-də baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfərin öldüyü, 35 nəfərin yüngül xəsarət aldığı açıqlanmışdı.

Hadisə nəticəsində təxminən 340 ev dağılıb və ya zədələnib.

Xilasedicilər hadisə bölgəsində işləyir, zərərin miqyası qiymətləndirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ