RU
ABŞ Avropaya İsrail variantını TƏKLİF ETDİ - Rusiyaya buna çox əsəbiləşəcək
16:10
574

ABŞ Avropaya İsrail variantını TƏKLİF ETDİ - Rusiyaya buna çox əsəbiləşəcək

İsrail Avropaya təbii qaz nəql edə bilər.

Bu barədə ABŞ-ın energetika nazirinin köməkçisi Frensis Fennon deyib.

Avropanın enerji təhlükəsizliyi və Rusiyanın "Şimal axını-2” layihəsinə qarşı mübarizənin müzakirə edildiyi toplantıda danışan F.Fennon Avropanın Rusiya qazı yerinə İsrail qazından istifadə edə biləcəyini bildirib: "Avropaya səfərim əsnasında Şərqi Aralıq dənizinə getdim. Hal-hazırda İsrailin təbii qazını Misir və İordaniyaya daşıyan boru xətti işləməyə başlayıb. Bu qaz potensial olaraq Avropaya nəql oluna bilər”.

Fennon "Şimal Axını-2”nin Avropanın təhlükəsizliyinə təhdid olduğunu dilə gətirib. Buna görə də bütün ölkələri bu layihədən çıxmağa səsləyib. O, bildirib ki, "Şimal Axını-2” layihəsi Rusiyanın Avropaya təzyiq göstərməsi üçün bəhanədir./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ