RU
ABŞ çağırış etdi: Əfqanıstanı tərk edin
22:50
690

ABŞ çağırış etdi: Əfqanıstanı tərk edin

ABŞ-ın Əfqanıstandakı Səfirliyi ölkə vətəndaşlarına müraciət edib.

Səfirlik mövcud uçuşlardan istifadə edərək Kabil və digər şəhərləri dərhal tərk etməyi tövsiyə edib.

"Təyyarə bileti ala bilmirsinizsə, vətənə qayıtmaq üçün ABŞ-ın Kabildəki Səfirliyi ilə əlaqə saxlayın", - deyə səfirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir./olke

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ