RU
Çin Ayda iki yeni mineral kəşf etdi
11:10
45

Çin Ayda iki yeni mineral kəşf etdi

Çinli alimlərin Ay səthindən toplanmış nümunələr üzərində apardıqları tədqiqatlar nəticəsində əvvəllər məlum olmayan iki yeni mineral aşkar edildiyi bildirilib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, kəşf Çin Kosmik Günü çərçivəsində, Siçuan əyalətinin Çenqu şəhərində keçirilən tədbirin açılış mərasimində elan olunub.

Chang'e-5 missiyası tərəfindən toplanan qaya və torpaq nümunələrində aşkar edilən fosfat minerallarına "maqneziochangisite-(Y)” və "changisite-(Ce)” adları verilib.

Nadir torpaq fosfatları kateqoriyasına aid olan bu minerallar Beynəlxalq Mineralogiya Birliyi tərəfindən fəaliyyət göstərən Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən təsnif edilərək təsdiqlənib.

Son kəşflərlə birlikdə Ayda indiyədək müəyyən edilmiş mineralların sayı səkkizə çatıb. Çin bu sahədə ABŞ və Rusiya kimi ölkələrin ardınca mühüm addımlar atmaqdadır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ