Adolf Hitlerin vaxtilə çay evi kimi istifadə etdiyi və "Qartal yuvası" adı ilə tanınan tarixi Kelştaynhaus binasında yanğın qeydə alınıb.
Bu barədə Almaniyanın "Bild" nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Hadisə Berxtesqaden əyalətində baş verib.
Yerli polisdən bildirilib ki, bina tamamilə alov içində olub və yanğınsöndürənlər genişmiqyaslı əməliyyat həyata keçiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qəsdən yandırma ehtimalını da istisna etmirlər, lakin hadisənin dəqiq başvermə səbəbi hələlik müəyyən edilməyib.









