RU
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
10:30
30

ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir

ABŞ administrasiyası husilərin hücumlarının davam etməsi fonunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinin bir qrup əməkdaşına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib. AFP agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, qərar oktyabrın 22-də qəbul edilib. Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyndəki ABŞ səfirliklərinin əməkdaşlarının ailə üzvlərinə də analoji göstəriş verilib. ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott qərarı təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ