RU
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat
19:05
28

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləməsi olub. 13 yaşlı velosipedçi yol kəsişməsində F.Həsənovun idarə etdiyi "Belarus" markalı traktorun qoşqusu ilə toqquşub. O, hadisə yerində həyatını itirib.
 
 "Təəssüf ki, statistik nəticələr də göstərir ki, bu gün istər yaşayış məntəqələrində, istərsə də yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda velosiped, skuter və digər ikitəkərli nəqliyyat vasitələri idarə edən azyaşlılar tərəfindən kobud qayda pozuntularına yol verilməsi hallarına tez-tez rast gəlinir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, xüsusilə azyaşlıları velosiped və ya digər ikitəkərli nəqliyyat vasitəsi idarə edərkən təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır, bu işdə valideyn nəzarətinin mühüm rol oynadığını məxsusi qeyd edir!" - deyə məlumatda vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ