7News.az xəbər verir ki, oktyabrın 17-də baş verən və talan, həmçinin zorakılıq halları ilə müşayiət olunan "Sarı jiletlilər"in etiraz aksiyalarından sonra Fransa hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib. Buna qismən komendant saatının tətbiqi də daxildir. Yeni etiraz aksiyalarının ehtimalını nəzərə alaraq, Parisdəki əsas muzeylər, o cümlədən Luvr, oktyabrın 24-də ziyarətçilər üçün bağlı olacaq.








