7News.az xəbər verir ki, Yaponiyada əhalinin qocalması və biznesləri öz üzərinə götürəcək gənclərin sayının azalması diqqətçəkən bir dövrə yol açıb. Təqaüdə çıxmağa hazırlaşan minlərlə dükan sahibi, uzun illər fəaliyyət göstərən obyektlərini, içindəki bütün avadanlıq və əşyalarla birlikdə, ya tamamilə pulsuz, ya da sadəcə rəmzi bir məbləğ qarşılığında başqalarına təhvil verirlər. Ölkə üzrə 42 mindən çox müəssisə yeni sahiblərini gözlədiyi bir vaxtda, boş qalan 9 milyon evdən bir qismi də müəyyən şərtlər daxilində heç bir ödəniş tələb olunmadan təklif edilir.








