Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyat yoldaşı Hanan Elatr noyabrın 28-də ABŞ tərəfindən daimi yaşayış icazəsi alıb.
7NEWS.az xəbər verir ki, ABŞ kəşfiyyatı qətli qiymətləndirərkən, səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın icazəsi ilə öldürüldüyü qənaətinə gəlib. Təhlükəsizliyindən qorxan Hanan Elatr 2020-ci ilin avqustunda ABŞ-a gedib və sığınacaq üçün müraciət edib. BBC tərəfindən nəzərdən keçirilən sənədlər Elatrın ərizəsinin qəbul edildiyini və noyabrın 28-də ABŞ tərəfindən ona daimi yaşayış icazəsi verildiyini göstərib.
7NEWS.az








