7NEWS.Az xəbər verir ki, bu barədə "Pediatrics” elmi jurnalında nəşr olunan məqalədə qeyd olunub.
Müəlliflər irqi və etnik azlıqlardan olan uşaqların ağ amerikalı ailələrə nisbətən valideynin (və ya qəyyumun) ölümlə üzləşmə ehtimalı 1,1 – 4,5 dəfə çox olduğunu qeyd ediblər. Məsələn, irqi və etnik azlıqlar ABŞ əhalisinin 39 faizini təşkil etsə də, araşdırmalar göstərir ki, valideynini (və ya qəyyumunu) itirən uşaqların təxminən 65 faizi latın amerikalıları, afrikalı amerikalılar, asiyalılar, hindlilər və yerli alyaskalılardır. Ölənlərin ancaq 35 faizi ancaq ağ amerikalılardır.
Bu hesabat ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), London Imperial Kolleci, Harvard, Oxford və Keyptaun universitetləri arasındakı birgə əməkdaşlıq nəticəsində hazırlanıb.








