RU
ABŞ-da Berkli universitetində Trampın tərəfdarını döyüblər
16:47
402

ABŞ-da Berkli universitetində Trampın tərəfdarını döyüblər

Polis Berklidə yerləşən Kaliforniya universitetinin ABŞ prezidenti Donald Trampı dəstəkləyən tələbəni döyməkdə şübhəli bilinən iki tələbəsini saxlayıb. 

7news.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, gənclər universitet şəhərciyinin ərazisində Trampın "Amerikaya böyüklüyünü geri qaytaraq” şüarı olan qırmızı papaq qoymuş və dərsə gedən 21 yaşlı Cek Palkoviçə hücum ediblər. 

Tələbə onların əlindən çıxaraq qaça bilib, hücum edənlər polis tərəfindən saxlanılıblar. Tələbələrin əksəriyyəti bu hücumu qınayıblar. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ