RU
ABŞ-da fırtına yarım milyon insanı işıqsız qoydu
23:10
1327

ABŞ-da fırtına yarım milyon insanı işıqsız qoydu

ABŞ-da fırtına səbəbindən Koloradodan Miçiqanadək yarım milyon insan işıqsız qalıb.

Mərkəzi ştatlardakı güclü fırtına toz fırtınasına çevrilib və elektrik xətlərini aşırıb.

Küləyin sürəti 160 km/saata çatıb. Evlərin damları uçub, avtomagistrallarda maşınlar aşıb.

Quru küləkli hava Kanzas ştatında meşə yanğınlarına səbəb olub. Fırtına hava limanlarının da işində problem yaradıb. Koloradoda yüzlərlə uçuş təxirə salınıb./qafqazinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ