ABŞ prezidenti Co Bayden su təmizləyici qurğunun nasazlığı səbəbindən minlərlə insanın təmiz suya çıxışı olmayan Missisipi ştatında fövqəladə vəziyyət elan edib.
7NEWS.az xəbər verir ki, ABŞ-ın Missisipi ştatında həddindən artıq yağışlar səbəbindən sutəmizləyici qurğuda nasazlıq yaranıb. Əyalətin paytaxtı Ceksonda minlərlə insanın təmiz suya çıxışı olmadığı bildirilərkən, ABŞ prezidenti Co Bayden böhranla əlaqədar fövqəladə vəziyyət elan edib. Ağ Evin bəyanatında deyilir ki, tələb olunan maliyyənin 75 faizi federal hökumət büdcəsindən xərclənəcək. Bayden administrasiyası həmçinin Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) ştatda bütün fəlakətlərə yardım səylərini koordinasiya etmək səlahiyyəti verdi.
7NEWS.az








