ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəsi "Andersen" hərbi bazasından havaya qalxdıqdan sonra Sakit okeanda yerləşən Quam adasında qəzaya uğrayıb.
Bu barədə 7News.Az “BBC”-yə istinadən xəbər verir.
Məlumata əsasən, göyərtəsində 7 ekipaj üzvü olan "B-52" təyyarəsi yerə düşən kimi yanıb. Heyət üzvlərindən heç kim xəsarət almayıb.








