RU
ABŞ-da hərbi təyyarə evlərin üstünə düşdü - Fotolar
11:50
272

ABŞ-da hərbi təyyarə evlərin üstünə düşdü - Fotolar

ABŞ-ın Texas ştatında hərbi təlim təyyarəsi iki evin üzərinə düşüb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, qəzada ikisi pilot olmaqla, beş nəfər yaralanıb.

Bildirilib ki, hadisə Fort Vort şəhəri ərazisində baş verib. Yaralı pilotlar xəstəxanaya yerləşdiriliblər. Evlərdə yaralanan üç nəfərə isə ambulator yardım göstərilib.

Qəza yerində baş verən yanğın söndürülüb.


 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ