RU
ABŞ-da işsizlik gözləniləndən daha çox artıb
15:18
82

ABŞ-da işsizlik gözləniləndən daha çox artıb


7NEWS.az xəbər verir ki, ABŞ Əmək Departamenti həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb. Buna görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 5 Noyabrla bitən həftədə bir əvvəlki həftəyə görə 7 min artaraq 225 minə yüksəldi. Bazar gözləntilərini üstələyən işsizlik müavinətlərinin bu dövrdə 220.000 səviyyəsində reallaşacağı gözlənilirdi. Keçən həftə etibarilə 4 həftəlik ortalama işsizlik müavinəti müraciətləri bir əvvəlki həftəyə görə 250 azalaraq 218 min 750-yə gerilədi. Digər tərəfdən, davam edən işsizlik müraciətləri 29 Oktyabrda bitən həftədə 6 min adam artaraq 1 milyon 493 minə yüksəldi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ