RU
ABŞ-da məktəb avtobusu aşdı — yaralılar var
01:27
404

ABŞ-da məktəb avtobusu aşdı — yaralılar var

ABŞ-ın Luiziana ştatında məktəbli avtobusu qəzaya uğrayıb

Qəza zamanı məktəbliləri daşıyan xidməti avtobusla minik maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb. Qəza səhər saatlarında Qrinsberq şəhəri yaxınlığında magistral yolda olub.

Aşan avtobusda 40 şagird, bir rəhbər və sürücü olub. Şagirdlərdən 11-i xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Onların hamısı orta-ağır xəsarət alıblar. Lakin uşaqların heç birinin həyatı təhlükəsi yoxdur.

Avtobusun sürücüsünün vəziyyətilə bağlı isə heç birm əlumat verilməyib.

Qəzanın səbəbləri araşdırılır./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ