RU
ABŞ-da məzun gecəsində atışma olub, ölən və yaralananlar var
10:30
153

ABŞ-da məzun gecəsində atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Virciniya ştatında məzun gecəsində atışma olub.

Bu barədə 7NEWS.Az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, atışma zamanı 20 yaşlı gənc ölüb, daha 7 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda tibbi yardım və polis əməkdaşları cəlb edilib. Çesterfild dairəsinin polis rəsmisi Brad Badqerov asayiş keşikçilərinin hadisə yerindən 4 müxtəlif çaplı 50-dən çox patronun götürüldüyünü, hücum edənlərin sayının hələ dəqiqləşdirilmədiyini bildirib.

Polis bildirib ki, 2 nəfər hücumdan qaçarkən avtomobilin vurması nəticəsində yaralanıb, yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ