Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
7NEWS.Az-ın "NBC Washington” telekanalına istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.
Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.
Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.
7NEWS.Az







