RU
ABŞ-da polislər atəşə tutuldu: 1 ölü, 6 yaralı - FOTO
12:00
416

ABŞ-da polislər atəşə tutuldu: 1 ölü, 6 yaralı - FOTO

ABŞ-ın Florens şəhərində 7 polis bir evdə axtarış etmək istəyən zaman ev sahibi tərəfindən atəşə tutulublar.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı 1 polis ölüb, 6-sı isə yaralanıb.

Kömək çağırışı edildikdən sonra atışma yerinə yüzlərlə polis göndərilib. Bölgədə isə fövqəladə vəziyyət elan edilərək əhalinin bir müddət çölə çıxmaması istənilib.

Aparılan əməliyyat nəticəsində polisləri yaralayan şəxs ələ keçirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı ABŞ prezidenti Tvitter-də açıqlama yayaraq polislər üçün dualar edəcəyini bildirib:

"Bu gecə dualarım Florens polislərinə olacaq. Təhlükəsizlik əməkdaşlarımızın bizlər üçün etdiklərinə görə sonsuza qədər minnətdarıq".

7News.Az

ABŞ-da polislər atəşə tutuldu: 1 ölü, 6 yaralı - FOTO

ABŞ-da polislər atəşə tutuldu: 1 ölü, 6 yaralı - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ