ABŞ-ın milli təhlükəsizlik müşaviri Maykl Flinn istefa verib. Rusiya dövləti Flinin istefasını şərh edib.
Bu barədə Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev məlumat verib. Məlumata əsasən, ya Trampı küncə sıxışdırıblar, ya da idarəetməyə Rusiya əleyhinə duyğular sıçrayıb.
Azərbaycanlı siyasətçilər isə məsələyə bu aspektdən yanaşmağın düzgün olmadığını deyirlər. Politoloq Arzu Nağıyev Ölkə.Az-a açıqlamasında bildirib ki, Maykl Flinn vəzifədən uzaqlaşdırılması Rusiya siyasətçilərinin qələmə verdiyi kimi deyil. Onun sözlərinə görə, Maykl Flinin dövlətə sadiq olmaması səbəbindən vəzifədən kənarlaşdırılıb.
"Təkcə rusiyalı siyasətçilər düşünürlər ki, ABŞ-da Rusiyafobiya yaranıb. Peşəkar hərbçi və eyni zamanda ABŞ-ın milli təhlükəsizlik müşaviri olan Maykl Flinn Rusiya səfirilə görüşəndən sonra söhbətin məğzi haqqında öz rəhbərinə məruzə etməyib. Əsas məsələ ondan ibarətdir ki, Rusiyanın Amerikada olan səfiri ondan daha tez surətdə Moskvaya bu barədə məruzə edib”, - deyə politoloq bildirib.
A.Nağıyev deyir ki, Maykl Flinin bu addımı məhz ABŞ hökumətini Rusiya qarşısında pis vəziyyətdə qoyub. Bu da peşəkar həbrçiyə vəzifədən getməsi bahasına başa gəlib:
"Siyasətdə də məlum məsələdir ki, kimin məlumatı varsa, kim daha çox məlumata mallikdirsə, həmin qüvvə həmişə qalibdir. Məhz bu prinsipdən də, eyni zamanda Maykl Flinn rəhbərliyə məruzə etməməsi və Rusiyanın Amerikanın hər hansı planlarından agah olmasının qarşısını almaq üçün belə bir addım atıldı. Gələcəkdə hansısa təmas olarsa, görüşlər keçirilərsə, bu barədə dərhal məlumat verilməlidir. Bu heç də Rusiyafoiyadan və digər məsələlərdən irəli gəlmir. Çox mühüm əhəmiyyətli postu tutan şəxslər hansısa görüşünü mütləq ölkə rəhbərliyilə razılaşdırmalıdır. Çünki burada əsas məsələ dövlət mənafeyindən, ölkənin təhlükəsizliyindən və dövlətə ola biləcək təhdidlərin qarşısının alınmasından gedir”. /olke.az
7news.Az








