7NEWS.az xəbər verir ki, ABŞ-da seçki yarışı son mərhələsinə qədəm qoyub. Erkən səsvermənin davam etdiyi üç ştatda seçkilərə müdaxilə halları dəfələrlə qeydə alınıb. Qutulardakı yüzlərlə səs yandırıcı vasitələrdən istifadə edilərək məhv edilib. Yerli polis və FTB məsələ ilə bağlı araşdırmaya başlayıb.








