RU
ABŞ-da təlimlərdə iştirak edən niderlandlı əsgərlər güllələnib
10:15
95

ABŞ-da təlimlərdə iştirak edən niderlandlı əsgərlər güllələnib

Niderlandın ABŞ-da təlimlərdə iştirak edən 3 əsgəri atışma nəticəsində yaralanıb.

Bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə İndianapolis şəhərində atışma zamanı komando bölməsinin 3 üzvü yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu, digər iki zərərçəkənin huşunun yerində olduğu bildirilir.

Qeyd olunur ki, insident hərbçilərin qaldığı oteldə baş verib.

Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır, hələlik saxlanılan və ya şübhəli şəxs yoxdur./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ