RU
ABŞ-da Trampın fərmanından sonra 100 min viza ləğv edilib
23:50
341

ABŞ-da Trampın fərmanından sonra 100 min viza ləğv edilib

ABŞ prezidenti Donald Trampın imzaladığı miqrasiya fərmanlarından sonra 100 mindən çox viza ləğv olunub.

Bu barədə "The Washington Post” qəzeti yazıb.

Məlumata görə, bu rəqəm ABŞ-a buraxılmayan iki Yəmən vətəndaşının işi üzrə məhkəmədə səsləndirilib.

Qeyd edək ki,  D.Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. 

Bundan əlavə, D.Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ