ABŞ daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib.
7NEWS.Az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.
Onun sözlərinə görə, ABŞ vətəndaşlarından 19-u çarter reysi ilə, daha 2-si isə quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə aparılıb.
Bununla yanaşı, ABŞ-da yaşamaq icazəsi olan 13 nəfər Əfqanıstanı tərk edib.
Horn əlavə edib ki, davam edən terror təhlükəsi səbəbindən ABŞ rəhbərliyi müxtəlif yollarla və fərqli nöqtələrdən Əfqanıstandan təxliyəni davam etdirəcək.
7NEWS.Az







