7NEWS.az xəbər verir ki, ABŞ-da noyabr seçkiləri üçün geri sayma davam edərkən, bütün gözlər çərşənbə axşamı keçiriləcək vitse-prezidentliyə namizədlərin debatındadır. Ohayo senatoru James David (JD) Vance canlı efirdə Minnesota qubernatoru Tim Walz ilə qarşılaşacaq. Bu verilişi on milyonlarla seçicinin izləyəcəyi gözlənilir. Demokratların namizədi Kamala Harris və onun rəqibi Respublikaçı Donald Tramp sonuncu dəfə sentyabrın 10-da canlı yayımda üz-üzə gəlib.








