"Türkiyənin Baş naziri Əhməd Davudoğlu Amerika Birləşmiş Ştatları üçün yaxşı bir tərəfdaş idi".
7News.Az bildirir ki, "Ağ ev"in rəsmisi Coş Ernest belə bəyanatla çıxış edib.
O ümid etdiyini bildirib ki, Davudoğlunun mümkün istefası iki ölkə arasında münasibətlərə və İŞİD-lə mübarizəyə təsirini göstərməyəcək. "Düşünmürəm ki, bu, İŞİD-i zəiflətmək və məhv etmək üçün Birləşmiş Ştatlarla Türkiyə arasında tərəfdaşlığa təsir etsin" - deyən "Ağ ev" rəsmisi münasibətlərin bundan sonra da möhkəm təməllər üzərində davam edəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Davudoğlu mayın 22-də keçiriləcək növbədənkənar konqressdə istefa verəcəyini və bundan sonra həm Ədalət və İnkişaf Partiyasına, nə də hökumətə başqa birisinin rəhbərlik edəcəyini açıqlayıb. O bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğana sadiqdir. O, partiytada qalacaq və mübarizəsini deputat kimi davam etdirəcək.








