RU
ABŞ-dan Çinə Şimali Koreya təlimatı —
12:44
409

ABŞ-dan Çinə Şimali Koreya təlimatı — "Söz bitdi, hərəkətə keç"

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Şimali Koreyanın ballistik raket sınağı ilə bağlı açıqlama verib.

Diplomat Çinə artıq hərəkətə keçməyin vaxtı olduğunu deyib: "Danışmaq dövrü başa çatdı".

Niki Haley iyul ayında Şimali Koreya tərəfindən həyata keçirilən ikinci raket sınağından sonra Çini hərəkətə keçməyə çağırıb. Haley açıqlamasında qeyd edib ki, bundan sonra ABŞ Şimali Koreyanın ballistik raket sınaqlarına görə BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırmaq tələbini ortaya qoymayacaq. Çünki bu iclaslar heç bir nəticə vermir.

BMT Təhlükəsizlik Şurasının hazırda sanksiyalar tətbiq etdiyini və bu sanksiyaların Şimali Koreya üzərindəki beynəlxalq təzyiqi artırmayacağını qeyd edən Haley "Çin artıq bu mövzuda çicddi bir addım atmayacağına qərar verməlidir. Söz vaxtı başa çatıb. Şimali Koreya rejiminin beynəlxalq sülhü təhdid etdiyi açıq-aydın ortadadır. Çin hərəkətə keçməlidir. Yaponiya və Cənubi Koreya təzyiqi artırmalıdır. Çünki bu sadəcə ABŞ-ın problemi deyil"./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ