RU
ABŞ-dan Rusiyaya ÇAĞIRIŞ:
20:10
207

ABŞ-dan Rusiyaya ÇAĞIRIŞ: "Ukraynadan ərzaq axınına icazə verin"

ABŞ növbəti dəfə Rusiyaya çağırış edib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Karine Jean-Pierre müharibənin Ukraynadan qida axınının kəsildiyini ifadə edərək, Rusiyanı müharibəni mümkün qədər tez bitirməyə və ərzaq axınına icazə verməyə çağırıb.

Jean-Pierre Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu ərzaq böhranı ilə bağlı müzakirələrə toxunub:

"Rusiya qlobal ərzaq təhlükəsizliyini məhv edən Ukraynaya qarşı müharibəsini təcili olaraq dayandırmalı və Ukraynadan ərzaq axınına icazə verməlidir".

O, həmçinin mövcud ərzaq böhranından Rusiyanın məsuliyyət daşıdığını söyləyib./azxeber
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ