ABŞ və Şimali Koreya arasında gərginlik baş verib
ABŞ-ın müdafiə naziri Ceyms Mattis Şimali Koreya rejiminə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir: "Hər hansı bir formada nüvə silahından istifadə etsəniz, əzici bir güclə cavablandıracağıq".
ABŞ-ın müdafiə naziri Seulda həmkarı, Cənubi Koreyanın müdafiə naziri Han Min-Koo ilə görüşüb. Görüşdən əvvəl mətbuata açıqlama verən nazir Şimali Koreyanın raket atışları və nüvə silahı proqramıyla yanaşı hədə-qorxularına diqqət yetirib. Mattis Cənubi Koreya və Asiyadakı digər müttəfiqlərinin müdafiə öhdəliklərinin möhkəm olduğunu bildirib.
Mattis deyib: "ABŞ ya da müttəfiqlərimizə qarşı istənilən hücum məğlubiyyətə düçar olacaq. Hər hansı formada nüvə silahından istifadə təsirli və əzici bir güclə məhv ediləcək"./olke.az
7news.Az








