7NEWS.az xəbər verir ki, ABŞ Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya dəstəyini davam etdirir. Ukrayna prezidenti Vladimir Zelenskinin yardım tələblərini rədd etməyən ABŞ daha bir yardım paketini təsdiqləyib. Ağ Evdən verilən açıqlamada Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketinin təsdiqləndiyi, paketə havadan müdafiə, artilleriya və kiçik silah sursatları və tank əleyhinə silahların daxil olduğu açıqlanıb. Açıqlamada, göndəriləcək silahların ABŞ Müdafiə Nazirliyinin (PENTAGON) mövcud ehtiyatlarından təmin ediləcəyi və bu paket üçün Konqresin təsdiqinin tələb olunmayacağı bildirilib.
7NEWS.az








