RU
ABŞ-də taksi sürən həkimdən ŞOK ƏMƏL - Xəstənin dalağının əvəzinə qaraciyərini kəsdi - FOTO
16:20
23

ABŞ-də taksi sürən həkimdən ŞOK ƏMƏL - Xəstənin dalağının əvəzinə qaraciyərini kəsdi - FOTO

ABŞ-nin Florida ştatında taksi sürücüsü kimi əlavə qazanc əldə edən 44 yaşlı həkim Tomas Şaknovski öz avtomobilində iki sərnişini daşıyarkən polis tərəfindən saxlanılıb.

7News.Az bu barədə "Daily Mail" nəşrinə istinadən məlumat verib. Bildirilib ki, tibb işçisinə qarşı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Buna səbəb onun pasiyenti olan Vilyam Brayanın cərrahi müdaxilə zamanı həyatını itirməsidir. Cərrah 70 yaşlı xəstənin dalağının əvəzinə səhvən onun qaraciyərini kəsib götürüb.

Əməliyyatın gedişatında otaqdakı digər tibb işçiləri cərrahın kifayət qədər peşəkar bacarıqlara malik olmadığını müşahidə ediblər. Xəstədə güclü qanaxma başladıqda belə həkim qankəsici sıxac və ya koaqulyator tələb etməyib, orqanın çıxarılması prosesini davam etdirib. Şaknovski dalağı çıxardığını bildirdikdə əməliyyat blokunun əməkdaşları böyük sarsıntı keçiriblər. Hətta işçilərdən birinin ürəyi bulanaraq qusub. Sonradan aparılan məhkəmə-tibbi ekspertiza həkimin anevrizma partlaması ilə bağlı irəli sürdüyü fərziyyəni tamamilə təkzib edib. Pasiyentin vəfatından bir ay sonra Florida ştatının baş cərrahının qərarı ilə Tomas Şaknovskinin tibbi lisenziyası ləğv edilib.
 
 ABŞ-də taksi sürən həkimdən ŞOK ƏMƏL - Xəstənin dalağının əvəzinə qaraciyərini kəsdi - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ