RU
ABŞ dörd hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb
09:47
328

ABŞ dörd hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb

ABŞ Futemma dəniz piyada korpusunun hərbi bazası üçün istifadə olunan ərazinin bir hissəsini Yaponiyaya geri qaytarıb. O, Okinava prefekturasında yerləşir.

Bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Qaytarılan ərazinin sahəsi 4 hektardır.

Hazırda Yaponiyada aviabazanın yerinin dəyişdirilməsi üçün tikinti işləri aparılır. Obyektin yerləşdiyi rayon sakinlərinin fikrincə, bazada yerləşən "MV-22 Osprey” konvertoplanlarının uçuşları yerli əhali üçün təhlükəlidir.

Agentlik qeyd edir ki, ABŞ-ın ərazinin bir hissəsini geri qaytarmaq qərarı ölkənin bu prosesi ölü nöqtədən tərpətmək niyyətini nümayiş etdirir./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ