RU
ABŞ dünyada ilk dəfə 5 yaşdan uşaqlar üçün COVID-19 peyvəndini təsdiqləyib
13:45
200

ABŞ dünyada ilk dəfə 5 yaşdan uşaqlar üçün COVID-19 peyvəndini təsdiqləyib

ABŞ səlahiyyətliləri "Pfizer"in "BioNTech" və "Moderna" koronavirus peyvəndlərini beş yaşdan kiçik uşaqlar üçün təsdiqləyib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.
Baydenin bildirib ki, bu ABŞ-da COVID-19 ilə mübarizədə mühüm addımdır.
Prezidentin sözlərinə görə, ABŞ dünyada bu cür peyvəndlərə icazə verən ilk ölkə olub.

O vurğulayıb ki, bu peyvəndlər təhlükəsizdir və valideynlərə övladının koronavirusun təsirindən qorunduğuna əminlik yaradır.

Prezidentin sözlərinə görə, ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ