7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Türkiyə ilə təmaslarından sonra Yunanıstanın Krit adasına gəlib. Blinken burada Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. Baş nazirlikdən keçirilən görüşdə iki ölkə arasında münasibətlər və onların NATO müttəfiqləri kimi demokratiya, sülh və firavanlığa ümumi bağlılıqları vurğulanıb. Bundan əlavə, Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib.
7NEWS.az








