ABŞ əfqan qadınlarının hüquqlarını müdafiə etmək üçün xüsusi elçi təyin edib.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Bildirilib ki, Dövlət Departamentinin əfqan qadınlarını, qızlarını və insan haqlarını dəstəkləmək üçün siyasətinə dəstək vermək üçün Rina Amiri xüsusi elçi, Stefani Foster baş məsləhətçi təyin olunub.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, xüsusi elçi Rina Amiri ABŞ-ın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən məsələlər - qadınların, qızların və bütün risk altında olan əhalinin insan hüquqları və əsas azadlıqları üzərində işləyəcək: "Biz bütün əfqanların siyasi, iqtisadi və sosial əhatəlilik şəraitində yaşaya və inkişaf edə biləcəyi dinc, sabit və təhlükəsiz Əfqanıstan arzulayırıq. Xüsusi elçi Amiri bu məqsədə doğru mənimlə sıx əməkdaşlıq edəcək"./apa
7NEWS.Az








