RU
ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib
22:00
507

ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib

ABŞ avqustun 14-dən bu günə qədər Əfqanıstandan ümumilikdə 88 min insanı təxliyə edib.

7NEWS.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü general-mayor Hank Taylor bildirib.

"Sona qədər təxliyəni davam etdirəcəyik. Hərbi və hərbi resursların çıxarılmasına üstünlük verəcəyik", - Teylor qeyd edib.

Pentaqon sözçüsü vurğulayıb ki, ABŞ mümkün qədər uzun müddət ərzində Kabil hava limanında maksimum hərbi varlığını saxlamağa ümid edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ